...

Azəri-Çıraq-Günəşlidə hasilatla bağlı 2026-cı il üzrə proqnoz təqdim olundu

Energetika Materials 12 Yanvar 2026 15:05 (UTC +04:00)
Azəri-Çıraq-Günəşlidə hasilatla bağlı 2026-cı il üzrə proqnoz təqdim olundu
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə Azəri–Çıraq–Günəşli yatağında xam neft hasilatının 120,1 mln. barel olacağı proqnozlaşdırılır ki, bu da hasilatın azalması nəticəsində 2025-ci ilin göstəricisi (123,0 mln. barel) ilə müqayisədə 3,0 mln. barel azdır.

Trend bu barədə Hesablama Palatasına istinadən məlumat verir.

Azəri–Çıraq–Günəşli yatağı üzrə hasilatın pik səviyyəsi 2010-cu ildə 303,0 mln. barel təşkil etmiş və həmin ildən etibarən hasilatda ardıcıl azalma müşahidə olunmuşdur. Təqdim olunan məlumatlara əsasən, 2026-cı ildə yataq üzrə hasilatın həcmi pik dövr (2010-cu il) ilə müqayisədə 183,0 mln. barel az olmaqla, təxminən 2,5 dəfə aşağı səviyyədə proqnozlaşdırılır.

Aşağdakı cədvəldə Azəri-Çıraq-Günəşli yatağı üzrə 2005-2024-cü il faktiki, 2025-2026-ci illər üzrə hasilat proqnozu təqdim olunub.

İl Hasilat (milyon barrel)
2005 95
2006 174
2007 243
2008 252
2009 298
2010 303
2011 262
2012 243
2013 239
2014 233
2015 232
2016 231
2017 215
2018 214
2019 195
2020 175
2021 167
2022 152
2023 133
2024 125
2025 123
2026 120

2026-cı il üzrə mənfəət neftinin və qazınınsatışından daxilolmaların 5 030,0 mln. ABŞ dolları olması proqnozlaşdırılır ki, AÇG yatağı üzrə dövlətinpayına düşən gəlirlərin həcmi 4 235,8 mln. ABŞ dolları və ya ümumi daxilolmaların 84,2%-ni təşkil edəcəkdir.

Azəri-Çıraq-Dərinsulu Günəşli yatağı, Bakıdan təxminən 100 km şərqdə yerləşən, Xəzərin Azərbaycan aid hissəsində ən iri neft yatağıdır.

Yaxın illərdə AÇG yatağında ümumi hasilat azalmasının illik sürətinin 3–5% səviyyəsində saxlanılması nəzərdə tutulur. Yataqda ümumilikdə hazırda fəaliyyətdə olan 160 quyular mövcuddur. Şirkət su və qaz vurulması yolu ilə hasilatı artırmağa çalışır. Bundan əlavə, BP qabaqcıl texnologiyalardan istifadə etməklə yeni quyular qazmağa çalışır. Yatağın potensialı ən azı onilliklər ərzində qorunub saxlanacaq.

bp-nin növbəti 5 ildə AÇG yatağında yeni texnologiyaların tətbiqi üzrə pilot layihələrlə bağlı böyük planları var.

Bundan əlavə, bp, yenilənmiş emal üsulları və daha effektiv məlumat toplama sxemləri sayəsində yataqda 4D-seysmik məlumatların dəqiqliyini artırmağı planlaşdırır. Hər il AÇG-də ondan çox quyu qazılır ki, bu da böyük həcmdə dinamik məlumat axını təmin edir və yeraltı dəyişikliklərin daha dəqiq monitorinqinin zəruriliyini artırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti