...

Filippində zibil poliqonunda baş vermiş uçqunda ölənlərin sayı 8 nəfərə çatıb

Dünya xəbərləri Materials 12 Yanvar 2026 12:12 (UTC +04:00)
Filippində zibil poliqonunda baş vermiş uçqunda ölənlərin sayı 8 nəfərə çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Filippinin Sebu şəhərində yerləşən zibil poliqonunda nəhəng tullantı qalağın uçması nəticəsində həlak olan insanların sayı 8 nəfərə çatıb, onlarla insan hələ də itkin düşmüş sayılır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Sebu Şəhər Fövqəladə Hallar üzrə Şurasının sədri, müşavir Dave Tumulak bildirib ki, xilasedicilər bazar ertəsi səhər saatlarında itkin düşmüş 28 nəfərin axtarışını davam etdirir. Sahənin əlçatmaz ərazilərinə daxil olmaq üçün krandan istifadə olunur.

Qeyd edək ki, Sebu şəhərində 20 mərtəbəli bina hündürlüyünd olan zibil qalağı yanvarın 8-də uçmuşdu. İnsident nəticəsində 50-yə yaxın sanitariya işçisi torpaq və tullantıların altında qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti