Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Amerikanın "Exxon" şirkətini Venesuelada fəaliyyətinə icazə verməməklə bağlı xəbərdar edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri, iri neft şirkətlərinin nümayəndələri ilə görüşdən sonra keçirilən brifinqdə bildirib.
Məlumata görə, Ağ Evdə keçirilən toplantıda 20 neft şirkətinin, o cümlədən “Chevron”, “Exxon”, “Shell” və “ConocoPhillips” şirkətlərinin rəhbərləri iştirak edib.
“Exxon”a gəlincə - onların cavabı mənim qane eləmədi. Mən onları kənarda saxlamağa meyilliyəm”,- Tramp jurnalistlərə bildirib.
Qeyd edək ki, ABŞ Energetika naziri Kris Rayt bildirib ki, artıq Venesuelada işləməyə hazır olduğunu bildirən 6-12 arası şirkət var.
