Bakı. Trend:
Rusiyanın Ukraynaya “Oreşnik” raket komplekslərindən zərbələr endirməsi Kiyevə hərbi dəstəkdən imtina etməsi üçün NATO-ya göndərilmiş siqnaldır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO baş katibi Mark Rütte bəyan edib. Onun çıxışı canlı olaraq Atlantik alyansın rəsmi saytında yayımlanıb.
Onun sözlərinə görə, Rusiya alyansı Ukraynaya dəstəkdən çəkindirməyə çalışır.
“Biz bundan imtina etməyəcəyik”,- deyə Rütte vurğulayıb.
Xatırladaq ki, yanvarın 9-da Rusiya Müdafiə Nazirliyi Ukraynanın strateji əhəmiyyətli obyektlərinə geniş miqyaslı zərbələr, o cümlədən “Oreşnik” komplekslərindən zərbələr endirdiyini təsdiqləyib. Nazirlik bildirib ki, bu hücum Ukraynanın dekabrın 29-da (2025-ci ildə) Rusiya Prezidenti Vladimir Putinin Novqoroddakı iqamətgahına hücum cəhdinə cavab olub.
