...

bp Əşrəfi-Dan ulduzu-Aypara (ADUA) layihəsi üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçirəcək

Energetika Materials 12 Yanvar 2026 09:00 (UTC +04:00)
bp Əşrəfi-Dan ulduzu-Aypara (ADUA) layihəsi üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçirəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

bp, Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, Əşrəfi-Dan ulduzu-Aypara (ADUA) layihəsi üçün seysmik tədqiqat proqramına aid Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin laybihə variantını müzakirə etmək üçün ictimaiyyətlə onlayn görüş keçirəcək.

bp bütün maraqlı tərəfləri 16 yanvar 2026-cı il tarixində saat 13:00-dan 15:00-dək “Microsoft Teams” vasitəsilə keçiriləcək bu görüşdə iştirak etməyə dəvət edir.

ƏMTQ sənədlərinin layihə variantı və rəy formaları 26 dekabr 2025-ci il tarixindən bp-nin veb-səhifəsinə yerləşdirilmişdir.

Görüşdə proqram və sənəd haqqında təqdimatlar olacaq, auditoriyanın sualları cavablandırılacaq, irəli sürülən fikirlər və rəylər ətrafında müzakirə keçiriləcək. Rəy və təklifləri həmçinin [email protected] elektron ünvanına göndərməklə də təqdim etmək olar.

Görüşə qoşulmaq üçun ətraflı təlimat, keçid və QR kod bp-nin veb-səhifəsində verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti