...

Azərbaycanda bu səhmlər satışa çıxarıldı – SİYAHI

İqtisadiyyat Materials 12 Yanvar 2026 15:29 (UTC +04:00)
Azərbaycanda bu səhmlər satışa çıxarıldı – SİYAHI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bir sıra səhmdar cəmiyyətlərinin səhmləri satışa çıxarılır.

Trend xəbər verir ki, hərrac bu ilin fevralın 17-də baş tutacaq.

Təkrar pul hərracında satışa çıxarılacaq bir səhmin nominal qiyməti 2 manat, nominal dəyəri isə 36926 manatdan 367562 manatadək dəyişir.

Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Sifarişlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud Xidmətin e-emlak.gov.az Elektron Xidmətlər Portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq.

Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla xidmətin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili Mərkəzində tanış ola bilərlər.

2026-cı il fevral ayının 17-də keçiriləcək təkrar pul hərracında səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətləri haqqında məlumatı təqdim edirik:

Sıra sayı Səhmdar cəmiyyətinin
adı və təsis tarixi
Səhmdar cəmiyyətinin hüquqi ünvanı Nizamnamə kapitalının həcmi (manat) Buraxılmış səhmlərin ümumi sayı (ədəd) Bir səhmin nominal qiyməti (manat) Satışa çıxarılmış səhmlər Satışa çıxarılan səhmlərin nominal dəyəri (manat) Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti
(manat)
İlkin satış qiymətinin
10%-i həcmində hesablanmış behin məbləği (manat)
sayı (ədəd) buraxılmış səhmlərin ümumi sayında
%-lə
1 Gəncə Quşçuluq
№381 02.07.1997
Gəncə şəhəri, Qırmızıkənd qəsəbəsi 1223095,40 611547 2,00 183781 30,05 367562,00 183781,00 18378,10
2 Ləki Sinklənmiş qablar №532 06.04.1998 Ağdaş rayonu, Ləki qəsəbəsi 178828,00 89414 2,00 26835 30,01 53670,00 26835,00 2683,50
3 Xəzər Avtonəqliyyat
№972 29.06.1998
Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsi, 44 559272,00 279636 2,00 83915 30,01 167830,00 83915,00 8391,50
4 Xaçmaz Mexanizasiya Nəqliyyat №93 15.04.2005 Xaçmaz şəhəri, Sabir küçəsi, 4 123056,00 61528 2,00 18463 30,01 36926,00 18463,00 1846,30
5 İsmayıllı Sənaye İstehsal №76 30.03.2007 İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi, 6 138698,00 69349 2,00 31084 44,82 62168,00 31084,00 3108,40
Məqalədə:
Xəbər lenti

Xəbər lenti