...

İranda 3 gün dinc şəkildə etiraz aksiyaları keçirilib – Əraqçi

Dünya xəbərləri Materials 12 Yanvar 2026 11:54 (UTC +04:00)
İranda 3 gün dinc şəkildə etiraz aksiyaları keçirilib – Əraqçi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

28-30 dekabr aralığında İranda tam sakit və dinc şəkildə etiraz aksiyaları keçirilib.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Tehranda xarici ölkələrin səfirləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, bu etiraz aksiyaları əsasən ticarətçilər və bazarda çalışan şəxslər tərəfindən həyata keçirilib.

Əraqçi bildirib ki, 3 gün ərzində keçirilən aksiyalarda etirazçılar dinc şəkildə öz etirazlarını bəyan etməyə çalışıblar. Bu istiqamətdə hökumətlə etirazçıların nümayəndələri ilə müxtəlif görüşlər keçirilib və onların nigaranlığı və problemləri hökumət rəsmiləri tərəfindən dinlənilib.

İranlı nazir qeyd edib ki, beləliklə ölkədə iqtisadi və maliyyə problemləri ilə formalaşan etiraz aksiyaları demək olar ki, 3-cü günündə (30 dekabr) başa çatıb.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti