...

Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksi bərpa ediləcək

Cəmiyyət Materials 12 Yanvar 2026 15:42 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksi bərpa ediləcək.

Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Belə ki, müvafiq qurğuların yenidən qurulması ilə bağlı layihəsmeta sənədlərinin hazırlanması işlərinin tamamlanması, Ceyranbatan UF (ultra sutəmizləyici) qurğusunda süzgəclərin yenilənməsi, Ceyranbatan sutəmizləyici qurğusunun yenidən qurulması işlərinə başlanılması və plan üzrə işlərin 50 faizinin icrası və Ceyranbatan sutəmizləyici qurğusunun tam istismara qaytarılması, Bakıya və Abşeron yarımadasına verilən içməli suyun həcminin saniyədə 2.5–3.0 kubmetrə qədər artırılması həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti