Bakı. Trend:
Magistral və paylayıcı su şəbəkələrində sızma və nasazlıqların aşkarlanması üçün SCADA və IoT əsaslı monitorinq sistemləri quraşdırılacaq.
Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Belə ki, 2026−2031-ci illərdə 1 pilot ərazidə monitorinq sisteminin qurulması, 2 pilot ərazidə monitorinq sisteminin qurulması və monitorinq sisteminin qurulmasının tamamlanması planlaşdırılır.
