...

Fransada hərbi xidmətə könüllü qəbul prosesi başlayıb

Dünya xəbərləri Materials 12 Yanvar 2026 15:12 (UTC +04:00)
Fransada hərbi xidmətə könüllü qəbul prosesi başlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Silahlı Qüvvələri könüllü hərbi xidmət üçün müraciətlərin qəbuluna başlayıb. Sentyabr ayına qədər təxminən 3 min nəfərin hərbi xidmətə cəlb olunmasını planlaşdırılır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Fransanın silahlı qüvvələr naziri Katrin Votren mətbuat konfransında çıxışında deyib.

“Bu gün Silahlı Qüvvələrimizin sıralarına qoşulacaq ilk gənc könüllülər qrupunun qəbuluna start veririk. Bu qrup üçün 18–25 yaş arası 3 min gənc kişi və qadın seçəcəyik”, – deyə nazir bildirib.

O əlavə edib ki, 2026-cı il üzrə qəbul prosesi növbəti illərlə müqayisədə daha gec başladığından müraciətlər üçün sadələşdirilmiş mexanizm tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti