...

Azərbaycandan neft ixracında SOCAR, JOCAP və konsorsiumların payı məlum olub

Energetika Materials 12 Yanvar 2026 12:19 (UTC +04:00)
Azərbaycandan neft ixracında SOCAR, JOCAP və konsorsiumların payı məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan 23,1 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixrac olunub.

Trend Energetika Nazirliyinə istinadən xəbər verir ki, ixracın 20 milyon tonu konsorsiumların, 2,5 milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə JOCAP-ın payına düşüb.

Məlumata əsasən, 2024-cü illə müqayisədə ölkədən neft ixracı (qaz kondensatı ilə birlikdə) 1,3 milyon ton və ya 5,3% azalıb.

Eyni zamanda illik müqayisədə konsorsiumların, SOCAR-ın və JOCAP-ın payına düşən neft ixracı həcmləri müvafiq olaraq 1 milyon ton (4,8%), 0,3 milyon ton (10,7%) azalıb. JOCAP üzrə isə 2024-cü il üzrə göstəricilər açıqlanmayıb.

Qeyd edək ki, 2025-ci il ərzində xam neft hasilatı orta hesabla gündəlik 62,4 min ton (460 min barrel), kondensat hasilatı 13,5 min ton (111 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75,9 min ton (571 min barrel) olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti