...

Binəqədi və Masazırda yeni su anbarları tikiləcək

Cəmiyyət Materials 12 Yanvar 2026 15:51 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Əhalinin dayanıqlı su təminatının yaxşılaşdırılaşdırılması məqsədilə Binəqədi və Masazır qəsəbələrində ümumi tutumu 40 min kubmetr olan yeni su anbarlarının və müvafiq nasos stansiyalarının qurulacaq.

Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Belə ki, layihə-smeta sənədlərinin hazırlanması və tikinti layihələrinə ekspertiza rəyinin alınması, 4 ədəd su anbarının və 1 ədəd nasos stansiyasının tikinti işlərinə başlanılması və plan üzrə işlərin 50 faizinin icrası və Binəqədi qəsəbəsində 20 min kubmetrlik su anbarı və nasos stansiyasının tikintisi ilə əhalinin 50 min nəfərə qədər dayanıqlı su ilə təminatı, habelə Masazır qəsəbəsində 20 min kubmetrlik su anbarının istifadəyə verilməsi nəticəsində 15 min nəfər əhalinin su ilə fasiləsiz təminatı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti