...

Google süni intellektin bəzi funksiyalarını deaktiv edib

Dünya xəbərləri Materials 12 Yanvar 2026 05:31 (UTC +04:00)
Google süni intellektin bəzi funksiyalarını deaktiv edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Google" şirkəti süni intellektin təqdim etdiyi tibbi məlumatlarda səhvlər aşkarlandıqdan sonra bəzi axtarış nəticələrini silib.

Trend xəbər verir ki, bu barədə "Daily Afisha" məlumat yayıb.

Araşdırılan ən təhlükəli nümunələrdən biri "qaraciyər qan analizləri üçün normal diapazon nədir?" sorğusu üzrə qeyri-dəqiq məlumat olub. Süni intellekt istifadəçilərə kontekst olmadan, yaş, cins, etnik mənsubiyyət və digər fərdi amilləri nəzərə almadan yalnız bir sıra rəqəmlər təqdim edib.

Nəticədə "Google" qaraciyər sağlamlığı, xərçəng və ruhi xəstəliklər də daxil olmaqla bir sıra tibbi sorğular üçün süni intellekt xülasəsi funksiyasını deaktiv edib.

Xəbər lenti

Xəbər lenti