...

Bobsley yarışında ABŞ komandası qeyri-adi hadisə ilə üzləşib

Dünya xəbərləri Materials 12 Yanvar 2026 05:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrənin Sankt-Morits şəhərində keçirilən bobsley üzrə Dünya Kuboku mərhələsində qeyri-adi və təhlükəli hadisə baş verib.

Trend xəbər verir ki, ABŞ komandasının dörd nəfərlik ekipajının üç üzvü startdan sonra boba vaxtında yerləşə bilmədikləri üçün ilk döngədə bobsleydən yıxılıblar.

Onlardan birinin başı bora dəyib, digəri taxta konstruksiyaya arxası ilə çırpılaraq trasdan kənara düşüb, üçüncüsü isə bobdan yapışmağa çalışarkən kənara çıxıb.

Ekipajın pilotu isə təkbaşına finişə qədər hərəkətini davam etdirib və marşrut boyu boba toxuna-toxuna yarışı başa vurub.

Xəbər lenti

Xəbər lenti