...

Çin və Avropa Birliyi elektromobil ixracı ilə bağlı razılığa gəldi

Dünya xəbərləri Materials 12 Yanvar 2026 14:04 (UTC +04:00)
Çin və Avropa Birliyi elektromobil ixracı ilə bağlı razılığa gəldi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Ticarət Nazirliyi Avropa Birliyi ilə (Aİ) Çin elektrikli nəqliyyat vasitələri ixracatçılarının Aİ bazarına daxil olması üçün qaydalara ehtiyac barədə razılığa gəldiyini açıqlayıb.

Trend bu barədə xarici KİV-ə istinadən məlumat verir.

Məlumata görə, Aİ elektrikli nəqliyyat vasitələri üçün minimum qiymət planlarını “obyektiv və ədalətli şəkildə, ayrı-seçkiliyə yol verilməməsi prinsipi və Ümumdünya Ticarət Təşkilatının müvafiq qaydalarına uyğun olaraq” əks etdirən sənəd dərc edəcək.

Pekin bu irəliləyişi ikitərəfli məsələlərin dialoq yolu ilə həllinə hazır olduğunu və iqtisadi-ticarət əlaqələrinin sağlam inkişafını təmin etmək niyyətini göstərən addım kimi qiymətləndirib.

Qeyd edək ki, Çin və Aİ arasında elektromobillərlə bağlı gərginlik Aİ-nin Çini yerli istehsalçılara “ədalətsiz” subsidiyalar verməkdə ittiham etməsindən sonra yaranıb. Aİ bu üstünlüklərin Avropa istehsalçıları ilə rəqabəti pozduğunu bildirərək 2024-cü ilin dekabrında Çindən elektromobil idxalına kompensasiya rüsumları tətbiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti