...

Bəzi məhsullar üçün yeni gömrük yığımları tətbiq ediləcək

İqtisadiyyat Materials 12 Yanvar 2026 17:45 (UTC +04:00)
Bəzi məhsullar üçün yeni gömrük yığımları tətbiq ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Gömrük yığımlarının məbləğlərində dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Qərar gömrük yığımlarına əlavə olaraq bəzi məhsullar üçün gömrük yığımlarının tətbiq edilməsini nəzərdə tutur.

Belə ki, “dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar”ın (dəmir armaturlar) 1 tonu üçün - 150 manat, müxtəlif nomenklatur kodlar altında təsnif olunmuş şüşə listlərin 1 tonu üçün isə 100 manat gömrük yığımları tətbiq edilir.

Bu Qərar 2026-cı il 2 yanvar tarixindən tətbiq edilir və 2026-cı il 30 iyun tarixinədək qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti