Bakı. Trend:
2025-ci il üzrə operativ məlumatlara əsasən, respublikada 27,7 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Hasilatın 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,8 milyon tonu “Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonu isə SOCAR-ın payına düşüb.
Bu barədə Trend Energetika Naizirliyinə istinadən xəbər verir.
Məlumata görə, neft hasilatı (qaz kondensatı ilə birlikdə) illik müqayisədə 1,4 milyon ton və ya 4,8% azalıb.
Hesabat ilində “Azəri-Çıraq-Günəşli”dən hasilat 0,6 milyon ton və ya 3,6%, “Şahdəniz”dən hasilat 0,4 milyon ton və ya 9,5% azalıb, “Abşeron” yatağından hasilat isə dəyişməz qalıb.
Eyni zamanda 2024-cü illə müqayisədə 2025-ci ildə SOCAR-ın payına düşən hasilat həcmi 0,4 milyon ton və yaxud 5,3% azalıb.
Xəbər yenilənəcək
