Bakı. Trend:
Həftə sonu Alp dağlarında baş vermiş qar uçqunlarında 6 nəfər ölüb.
Trend xəbər verir ki, bazar günü baş vermiş uçqunlarda müxtəlif ölkələrdən 3 turistin ölümü qeydə alınıb.
Bu gün təkcə Fransanın Savua departamentində 6 qar uçqunu qeydə alınıb.
Alp regionunda şənbə günü də 3 turistin ölümü baş verib. Beləliklə, son iki gündə Alp dağlarında 6 turist həyatını itirib.
