...

Almaniya Arktikada NATO missiyası təklif edir

Dünya xəbərləri Materials 12 Yanvar 2026 00:14 (UTC +04:00)
Almaniya Arktikada NATO missiyası təklif edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Qrenlandiya məsələsi ilə bağlı ABŞ ilə gərginliyi aradan qaldırmaq məqsədilə Arktika bölgəsində “Arktika gözətçisi” adlı NATO missiyası yaratmağı təklif etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, missiya Arktika bölgəsində NATO-nun təhlükəsizlik maraqlarını təmsil edəcək.

Qeyd olunur ki, NATO-nun hazırkı “Baltik gözətçisi” missiyası, Qrenlandiyanın da daxil olacağı gözlənilən yeni “Arktika gözətçisi” missiyası üçün model ola bilər.

Xəbər lenti

Xəbər lenti