...

“Barselona” “Real”ı məğlub edərək İspaniya Superkubokunun qalibi olub

İdman Materials 12 Yanvar 2026 01:20 (UTC +04:00)
“Barselona” “Real”ı məğlub edərək İspaniya Superkubokunun qalibi olub

Bakı. Trend:

İspaniyanın “Barselona” klubu Madrid “Real”ı üzərində qələbə qazanaraq İspaniya Superkubokunun qalibi olub.

Trend xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “King Abdullah Sports City” stadionunda keçirilən final qarşılaşmasında katalonlar 3:2 hesabı ilə qalib gəliblər. Görüşü baş hakim Xose Munuera Montero idarə edib.

Bu nəticə ilə “Barselona” tarixində 16-cı dəfə İspaniya Superkubokunu qazanıb.

Xatırladaq ki, katalon klubu ötən mövsümün finalında da “Real”ı 5:2 hesabı ilə məğlub etmişdi.

xxx

22:35

İspaniyanın “Barselona” və “Real Madrid”in start heyətləri açıqlanıb.

Trend xəbər verir ki, matç Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “King Abdullah Sports City” stadionunda baş tutacaq və oyun Xose Munuera Montero tərəfindən idarə olunacaq.

Heyətlər:

“Barselona”: Joan Qarsiya, Kunde, Kubarsi, Erik Qarsiya, Balde, Pedri, de Yonq, Fermin, Yamal, Rafinya, Levandovski.

“Real”: Kurtua, Heysen, Asensio, Valverde, Karreras, Çuameni, Kamavinqa, Bellinqem, Rodriqo, Vinisius, Qonsalo Qarsiya.

Yarımfinal mərhələsində katalonlar Bilbao təmsilçisi “Atletik”i 5:0 hesabı ilə darmadağın ediblər, Madrid klubu isə “Atletiko”nu 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Barselona” turnirin son qalibidir. Keçən mövsümün finalında katalonlar “Real”ı 5:2 hesabı ilə məğlub edərək kuboku qazanmışdı.

xxx

11:57

Bu gün futbol üzrə İspaniya Superkubokunda final oyunu keçiriləcək.

Trend xəbər verir ki, həlledici qarşılaşmada “Barselona” və “Real Madrid” komandaları üz-üzə gələcəklər.

Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdulla Sports Siti” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Kataloniya təmsilçisinin heyətində Ronald Arauxo, Andreas Kristensen və Qavi zədə səbəbindən matçı buraxacaqlar. Madrid klubunda isə Eder Militaonun oynamayacağı dəqiqdir. Trent Aleksander-Arnold və Antonio Rüdigerin isə meydana çıxıb-çıxmayacağı sual altındadır.

Qeyd edək ki, yarımfinalda “Barselona” “Atletik”i, “Real Madrid” isə “Atletiko”nu mübarizədən kənarlaşdırıb.

Xəbər lenti

Xəbər lenti