Bakı. Trend:
Yanvarın 12-sinə gözlənilən əlverişsiz hava şəraiti səbəbindən İstanbul hava limanında nəzərdə tutulan 54 səfər (qalxış və eniş) təxirə salınıb.
Trend xəbər verir ki, bu barədə “Türk Hava Yolları” (THY) aviaşirkətinin media müşaviri Yahya Üstün məlumat yayıb.
Onun sözlərinə görə, bu qərar Türkiyənin Meteoroloji Fövqəladə Hallar Komitəsi (MADKOM) tərəfindən qəbul edilib və uçuşlarla bağlı ən son məlumat THY-nin rəsmi səhifəsində yayımlanacaq.
Qeyd edək ki, sabaha gözlənilən güclü qar yağışı səbəbindən İstanbulda təhsil ocaqlarında da birgünlük ara verilib.
