Bakı. Trend:
Mədəniyyət mübadiləsi Azərbaycan və İtaliya arasında dostluğu möhkəmləndirir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev İtaliya Respublikasının yaranmasının 79-cu ildönümü münasibətilə təşkil olunmuş tədbir çərçivəsində bildirib.
Nazir iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsində mədəni əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb.
Onun sözlərinə görə, İtaliyada keçirilən sərgilər, konsertlər və təqdimatlar xalqlar arasında daha yaxşı qarşılıqlı anlayışın formalaşmasına və humanitar əməkdaşlığın inkişafına töhfə verir.
“Mədəniyyət mübadiləsi İtaliya ictimaiyyətinin Azərbaycanı daha yaxından tanımasına imkan yaradır və xalqlarımız arasında dostluğun möhkəmlənməsinə xidmət edir”, – deyə Emin Əmrullayev bildirib.