Bakı. Trend:
Yevlax Aqropark layihəsində İFSA MMC-yə 58 hektar torpaq sahəsi ayrılıb.
Trend xəbər verir ki, bunu İFSA MMC-nin direktoru Samir Xeyirbəyov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, torpaq sahəsinin 48 hektarı meyvə bağları üçün, 10 hektarı tingçilik təsərrüfatı üçün istifadə olunur:
“İFSA MMC 2015-ci ildə təsis edilmişdi. Təsis edildiyi gündən fermerlərə xidmət mərkəzi kimi fəaliyyət gösdərir. Fermerlər ehtiyac olduğu bütün mal və xidmətləri bir nöqtədən İFSA MMC-dən əldə edə bilirlər.
2022-ci ildə iqtisadiyyat nazirliyinin nəzdində yaradılmış Yevlax Aqropark layhəsində İFSA MMC-yə 58 hektar torpaq sahəsi ayrılmışdır. Bunun 48 hektarı meyvə bağları üçün, 10 hektarı tingçilik təsərrüfatı üçün istifadə olunur. Meyvə bağları üçün ayrılmış sahənin 20 hektarında şəftəli, nektarin, ərik, gavalı bağları əkilmiş, 10 hektarında heyva bağı salınmış, 18 hektarında nar bağı əkilib”.
Direktor bildirib ki, layhənin ümumi dəyəri 3 milyon manatdır:
“Bu günə qədər hal-hazırda 2.5 milyon manat investitsya qoyulmuşdur. Layhənin illik istehsal gücü 1320 ton qarışıq meyvə, 1 milyon ədəd tingdir. Layhədə hal-hazırda 20 nəfər daimi, 60 nəfər müvəqqəti iş ilə təmin olunmuşdur. Layhədə yetişdirilən məhsullar əsasən, Rusiya, Orta Asiya, Fars körfəzi ölkələrinə satılacaqdır”.