...

Qazaxıstan Kurık-Ələt marşrutu üzrə müntəzəm bərə reysləri işə salacaq

Cəmiyyət Materials 24 İyun 2025 16:44 (UTC +04:00)
Qazaxıstan Kurık-Ələt marşrutu üzrə müntəzəm bərə reysləri işə salacaq
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

2025-ci ilin sentyabr ayından etibarən Qazaxıstanın MSC “Middle Corridor Maritime” şirkəti Kurık – Ələt (Azərbaycan) – Kurık marşrutu üzrə bərələrlə müntəzəm daşımaların işə salınmasını planlaşdırır.

Bu barədə Trend “Qazaxıstan dəmir yollarının” mətbuat xidmətinə istinadən xəbər verir.

Qazaxıstanın Manqistau valisi Nurdəulet Kılıbay və “Georgian Industrial Group”un Direktorlar Şurasının sədri David Bejuaşvili Xəzər dənizində bərə daşımalarının inkişafına yönəlmiş investisiya layihəsini müzakirə ediblər.

Görüş zamanı bildirilib ki, 2025-ci ilin sentyabrından etibarən Qazaxıstanın “MSC Middle Corridor Maritime” şirkətinin idarəsinə yeni bərə gəmiləri veriləcək və Kurık – Ələt (Azərbaycan) – Kurık marşrutu üzrə Qazaxıstan bayrağı altında ilk dəfə olaraq müntəzəm reyslər həyata keçiriləcək.

“Kurık – Ələt – Kurık marşrutu üzrə ayda səkkiz-doqquz reysin yerinə yetirilməsi planlaşdırılır. Bir gəminin tutumu 54 yük furqonudur. Bu qədər intensiv hərəkət Xəzər istiqamətinin buraxıcılıq qabiliyyəti əhəmiyyətli dərəcədə artıracaq və Qazaxıstan ilə Azərbaycan arasında etibarlı logistika körpüsü yaradaraq hər iki ölkənin ixracatçı və idxalçıları üçün yeni imkanlar açacaq”, – məlumatda bildirilir.

Məlumata əsasən, digər bərə operatorları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində danışıqlar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti