...

Müəllimin borcu oxumayan uşaqlarla işləməkdir - Emin Əmrullayev

Cəmiyyət Materials 24 İyun 2025 16:01 (UTC +04:00)
Müəllimin borcu oxumayan uşaqlarla işləməkdir - Emin Əmrullayev
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Müəllimin borcu oxumayan uşaqlarla işləməkdir.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında çıxış edərkən deyib.

O bildirib ki, müəllimliyi insanlar özləri seçir:

"Biz sertifikasiyanı buna görə tətbiq etmişik ki, daha yaxşı müəllimi seçək.

30 sualdan 30-na da doğru cavab verən müəllimlə, 10 suala doğru cavab verən şəxsə müəllim demək ədalətsizlikdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti