...

Ağ Evdə keçiriləcək UFC yarışına bilet satılmayacaq

Dünya xəbərləri Materials 12 Dekabr 2025 16:58 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gələn yay Ağ Evdə keçirilməsi planlaşdırılan xüsusi UFC (Mütləq Döyüş Çempionatı ) çempionatı ictimaiyyətə açıq olmayacaq. Belə ki, mötəbər turnir üçün biletlərin satılmayacağı artıq təsdilənib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Donald Trampın ad gününə salınmış həmin turnir barədə UFC-nin şirkəti olan TKO-nun prezidenti Mark Şapiro bir sıra açıqlamalar verib.

“Bizə sorğular gəlir... Bilet satışı olmayacaq. Bu, maliyyə baxımından bizə zərər verəcək, amma brend, reklam , qarşılıqlı əlaqə, şöhrət, mətbuatda işıqlandırma, əldə edilmiş media, reklam verənlərin marağı baxımından... bu, həqiqətən nəhəng bir hadisədir”, - o deyib.

Bundan əvvəl Donald Tramp Ağ Evdə təşkil olunana MMA yarışında azı səkkiz ayrı kateqoriya üzrə titul döyüşlərinin keçirilməsinin planlaşdırdıldığını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti