...

Azərbaycan ABŞ şirkəti ilə süni intellekt sahəsində imkanlarını genişləndirməyi müzakirə edib

İqtisadiyyat Materials 12 Dekabr 2025 17:02 (UTC +04:00)
Azərbaycan ABŞ şirkəti ilə süni intellekt sahəsində imkanlarını genişləndirməyi müzakirə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Amerika Birləşmiş Ştatları (ABŞ) şirkəti ilə süni intellekt sahəsində imkanlarının genişləndirilməsini müzakirə edib.

Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

“ABŞ-yə səfər çərçivəsində “AMD” şirkətinin baş vitse-prezidenti Devid Vanq ilə görüş keçirdik. Görüşdə Azərbaycanın süni intellekt sahəsində imkanlarının genişləndirilməsi və regional rəqəmsal mərkəzə çevrilməsi perspektivlərini müzakirə etdik. Həmçinin “AMD” ilə birgə süni intellekt mərkəzləri, tədqiqat və təhsil təşəbbüsləri, eləcə də uzunmüddətli strateji əməkdaşlıq və birgə investisiya imkanları barədə fikir mübadiləsi apardıq”, - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti