Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 1,342 milyon ton avtomobil benzini istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 131,4 min ton və ya 10,9% çoxdur. Ötən ilin ilk 11 ayında ölkədə 1,211 milyon ton avtomobil benzini istehsal olunmuşdu.
Bu ilin dekabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 79,2 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5,013 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artıb.
