...

Atəşkəsin pozulmasından sonra İsrail müdafiə naziri orduya göstəriş verdi

Dünya xəbərləri Materials 24 İyun 2025 12:08 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran-İsrail arasında atəşkəsin pozulması İsrailin müdafiə nazirinin reaksiyasını çox gözlətməyib.

Trend bu barədə “Times of Israel”ə istinadən xəbər verir.

Belə ki, İsrael Katz İsrail Müdafiə Qüvvələrinə (IDF) İranın atəşkəsi pozmasına cavab olaraq Tehranın mərkəzindəki rejim hədəflərinə güclü zərbələr endirilməsini əmr edib.

Məlumata görə, atəşkəs razılaşmasının elan olunmasından sonra İran tərəfdən iki ballistik raket buraxılıb.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.İyunun 24-də ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti