...

İran öz nüvə proqramında fasilənin yaranmaması üçün tədbirlər görüb – Vitse-prezident

Dünya xəbərləri Materials 24 İyun 2025 11:54 (UTC +04:00)
İran öz nüvə proqramında fasilənin yaranmaması üçün tədbirlər görüb – Vitse-prezident
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran öz nüvə proqramında fasilə yaranmamaq üçün əvvəlcədən bir sıra tədbirlər görüb.

Trend-in məlumatına görə, bunu İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslami yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda İranın nüvə obyektlərinə dəyən zərər dəyərləndirilir. Həmin obyektlərin bərpası üçün lazımi proqramlar hazırlanıb.

Eslami deyib ki, İran nüvə proqramında istehsal və xidmətlərin heç zaman dayanmamasını planlaşdırıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Qeyd edək ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

Xəbər lenti

Xəbər lenti