Bakı. Trend:
Əlavə təhsil şagirdlərə öz istedadını, bacarığını ortaya çıxarmağa imkan verir.
Trend xəbər verir ki, bu sözləri Moskva Dövlət Pedoqoji Universitetinin prorektoru Dr. Sergey Kosaretskiy bu gün keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında çıxış edərkən deyib.
O bildirib ki, biz məktəb haqqında danışanda sinfi təsəvvür edirik:
"Bizim üçün məktəb və tədris hələ də partalardan, şagirdlərdən ibarətdir. Mən buna görə çox nikbinəm. Bəzi məktəblərdə dəyişikliklər var. Biz görürük ki, onların qarşısında komputer var onlar araşdırmalar edirlər.
Təbiətdə dərslər keçirilir və bu cür dərslər onlara ilham verir. Eyni zamanda bu onların sağlamlığı deməkdir. Onlar açıq havada nəfəs alırlar. Son 100 illik boyunca əlavə məktəbdənkənar təhsil ənənəvi məktəbə əlavə kimi qeyd edilib. Ən fəal valideyinlər övladlarının təhsil inkişafını genişləndirmək üçün nəyin ki, yaxşı məktəb axtarırlar, həm də onlar üçün yaxşı məktəb təhsili və əlavə təhsili özündə birləşdirən məktəbdir".
O qeyd edib ki, əlavə təhsil şagirdlərə öz istedadını, bacarığını ortaya çıxarmağa imkan verir.
"Son 10 ildə məktəbdənkənar təhsil məktəb divarlarından kənarda olan əsas təhsil növüdür.
Məktəb divarlarından kənarda olan heç bir nəsnə mükəmməl deyil.
Məktəb divarlarından kənarda olan muzeylərdə, mədəniyyət müəssisələrində aparılan təhsil qəbul edilə bilər"- deyə o vurğulayıb.