Bakı. Trend:
Böyük Britaniya İranı İsraillə atəşkəsdən yararlanmağa və beynəlxalq ictimaiyyətlə danışıqlar masasına qayıtmağa çağırıb.
Trend “Bloomberg”ə istinadən xəbər verir ki, belə bir çağırışla Britaniyanın elm, innovasiya və texnologiyalar naziri Piter Kayl çıxış edib.
“İndi ən vacib olan – de-eskalasiyanın müddətidir. İranı bu həqiqi müstəsna bir fürsətdən istifadə etməyə və siyasi prosesə qayıtmağa çağırıram", - deyə Kayl bildirib.
O vurğulayıb ki, Britaniya və onun müttəfiqləri İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklər. Kayl, eyni zamanda, son zamanlar ölkənin mütəmadi olaraq İran tərəfdən qaynaqlanan kiberhücumlara məruz qaldığını vurğulayıb.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.İyunun 24-d ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs elan edilib.