...

İsrail nüvə və ballistik raket hücumu təhlükəsini aradan qaldırıb - Netanyahu

Dünya xəbərləri Materials 24 İyun 2025 10:52 (UTC +04:00)
İsrail nüvə və ballistik raket hücumu təhlükəsini aradan qaldırıb - Netanyahu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail nüvə və ballistik raket təhdidini aradan qaldırıb.

Trend xəbər verir ki, bu barədə İsrail baş naziri Binyamin Netanyahunun ofisinin yaydığı bəyanatda deyilir.

“Əməliyyat nəticəsində İsrail iki vacib təhdidi – həm nüvə həm də ballistik raket təhdidini aradan qaldırdı.

Bundan başqa, İsrail Müdafiə Qüvvələri (SAXAL) Tehranın hava məkanını tam nəzarətinə götürərək, İranın ali hərbi rəhbərliyinə ağır zərbə vurub və ölkədə onlarla əsas hökumət obyektini məhv edib”, - deyə bəyanatda qeyd olunur.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.İyunun 24-də ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti