Bakı. Trend:
Milli Məclis 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Trend xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında bu barədə məlumat verib.
“Silahlı Qüvvələr Günü münasibətilə müzəffər Ali Baş Komandanı, Silahlı Qüvvələrin qəhrəman əsgər və zabitlərini, bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edir, Azərbaycanın milli maraqlarının və hərbi təhlükəsizliyinin qorunması naminə şərəfli missiyalarını həyata keçirməkdə onlara yeni uğurlar arzulayırıq”, - deyə spiker vurğulayıb.