...

Tehranda 120-dən çox yaşayış binası tamamilə dağılıb – Vali

Dünya xəbərləri Materials 24 İyun 2025 11:37 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin İranın şimalında yerləşən Tehran vilayətinə hücumu nəticəsində 120-dən çox yaşayış binası tamamilə dağılıb.

Trend-in məlumatına görə, bunu İranın Tehran vilayətinin valisi Məhəmməd Sadiq Motəmedian yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hücumlar nəticəsində 500-dən çox binaya isə ciddi şəkildə ziyan dəyib.

Motəmedian əlavə edib ki, əsasən, Tehran şəhərində infrastrukturlara, o cümlədən, su, qaz, elektrik infrastrukturlarına və bir xəstəxanaya hücum edilib.

Tehran valisi qeyd edib ki, təkcə ötən gecə Tehran vilayətində 12 məkan hücumlara məruz qalıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

Xəbər lenti

Xəbər lenti