...

Ərzaqlıq buğdanın yeni dövlət tədarük qiyməti müəyyənləşib

Cəmiyyət Materials 24 İyun 2025 15:11 (UTC +04:00)
Ərzaqlıq buğdanın yeni dövlət tədarük qiyməti müəyyənləşib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti müəyyənləşdirilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi məqsədilə bu Sərəncamın əlavəsində qeyd edilən keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2025-ci il üçün 400 manat müəyyən edilib.

Məlumat üçün bildirək ki, qərar iyunun 23-dən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti