Yevlax. Trend:
Yanaşma yolları ilə bağlı işlərin 90 faizi yerinə yetirilib, son tamamlama işləri aparılır.
Trend xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mühəndisi Mahir Babayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinin, səkilərinin, həmçinin, magistral yola avtomobillərin ikiistiqamətli giriş-çıxışını təmin edən yanaşma yollarının tikinti işləri başa çatmaq üzrədir:
“Piyada keçidinin ümumi uzunluğu 48 metr olacaq ki, onun da 37 metri qapalı hissədir. Eni 7 metr olan yanaşma yollarının ümumi uzunluğu isə 3,2 kilometrdir. Qeyd edim ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsidir. Bu yolun müasir səviyyədə qurulması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında rolunu daha da gücləndirir”.
M.Babayev piyada keçidinin ümumi uzunluğunun 48 metr olacağını vurğulayıb:
“Onun da 37 metri qapalı hissədir. Eni 7 metr olan yanaşma yollarının ümumi uzunluğu isə 3,2 kilometrdir. Piyada keçidinin bir hissəsinin dəmir-beton işləri yekunlaşmaq üzrədir. Yanaşma yolları ilə bağlı işlərin 90 faizi yerinə yetirilib, son tamamlama işləri aparılır”.