...

Direktor və direktor müavinləri üçün ayrıca imtahan keçirilməyəcək - Nazir

Cəmiyyət Materials 24 İyun 2025 16:35 (UTC +04:00)
Direktor və direktor müavinləri üçün ayrıca imtahan keçirilməyəcək - Nazir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Direktor müavinləri və direktorlar yüksək bal toplayan müəllimlərin arasından seçiləcək.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında çıxış edərkən deyib.

O bildirib ki, direktor və direktor müavinləri üçün ayrıca imtahan keçirilməyəcək.

"Öz fənnini yaxşı bilməyən adamdan direktor ola bilməz. Bu yerdə sadəcə direktor və müavinlər üçün müsahibələr keçirəcəyik. Yüksək nəticə göstərən müəllimlər müraciət edib, bu müsahibədən keçərək direktor və direktor müavini ola biləcək" - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti