...

"Barselona" Niko Uilyamsı transfer edəcək

İdman Materials 25 İyun 2025 00:39 (UTC +04:00)

Bakı. Trend:

"Barselona" iyulun əvvəlində Niko Uilyamsı transfer edəcək.

Trend xəbər verir ki, "Mundo Deportivo"nun məlumatına görə, katalon klubu ispaniyalı vinger üçün "Atletik"ə təzminat məbləğini 1 və ya 2 iyul tarixində ödəməyi planlaşdırır. Bu qərarın səbəbi xərclərin növbəti maliyyə ilinə düşməsini təmin etməkdir.

Transferin, Niko Uilyams "Atletik"in mövsümöncəsi toplanışına qatılmamışdan əvvəl rəsmiləşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, İspaniya millisinin üzvü Barselonaya 62 milyon avroya başa gələcək.

Xəbər lenti

Xəbər lenti