Bakı. Trend:
İsrail Müdafiə Qüvvələrinin yeddi hərbçisi Qəzzada HƏMAS-a qarşı aparılan əməliyyatın gedişində həlak olub.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Hadisə Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərində zirehli şəxsi heyət daşıyıcısının partlaması nəticəsində baş verib, 7 əsgər həlak olub, biri ağır yaralanıb.
Onların hər birinin “Barak” briqadasının 605-ci mühəndis-istehkam taborunun əsgərləri olduğu deyilir.