...

Qərbi Azərbaycana qayıdış ideyası tarixi ədalətin bərpasını hədəfləyən bir ideyadır - Əziz Ələkbərli

Cəmiyyət Materials 25 İyun 2025 11:02 (UTC +04:00)
Qərbi Azərbaycana qayıdış ideyası tarixi ədalətin bərpasını hədəfləyən bir ideyadır - Əziz Ələkbərli
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Qərbi Azərbaycana qayıdış ideyası tarixi ədalətin bərpasını hədəfləyən bir ideyadır.

Trend xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının
İdarə Heyətinin sədri Əziz Ələkbərli "Mirasa sahibik: Qayıdış konsepsiyasının təbliğində gənc müəllimlərin rolu" forumunda çıxış edərkən deyib.

O bildirib ki, Qərbi Azərbaycan bizim soydaşlarımızın tarixi vətənidir və bu torpaqdan bizim tarixi şəxsiyyətlərimiz çıxıb:

"Bu gün Qərbi Azərbaycana qayıdış ideyası tarixi ədalətin bərpasını hədəfləyən bir ideyadır. Bu ideya ətrafında yumruq kimi birləşib hədəfimizə doğru addımlayırıq".

"Bu ideyanın həyata keçirilməsində təhsil müəssisələrinin çox böyük rolu var. İlk gündən Elm və Təhsil Nazirliyi bu iş üzrərində iş aparır.

Biz milli dəyərlərə sahib olan bir gənclik yetişdirməliyik. Milli dəyər sahibi olmayanlardan heç kimə xeyir gəlməz. Bu yerdə gənc müəllimlərin üzərinə böyük yük düşür"- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti