...

Qarabağ və Şərqi Zəngəzurdan banklara əmanət qoyuluşları artıb

İqtisadiyyat Materials 25 İyun 2025 16:21 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurdan banklara əmanət qoyuluşları artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin iyunun 1-nə olan məlumata görə, Qarabağ iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 91,6 milyon manat olub.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici bir ay əvvələ nisbətən 4,4 milyon manat və ya 5,1%, 2024-cü ilin mayın 1-nə olan göstərici ilə müqayisədə isə 8 milyon manat və ya 9,7% çoxdur

Eyni zamanda 2025-ci ilin iyunun 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 663 min manat olub ki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 49 min manat, yaxud 8% artım deməkdir.

Qeyd edək ki, bu ilin iyunun 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlərin həcmi 15,063 milyard manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 210 milyon manat, yaxud 1,4%, 2024-cü ilin iyunun 1-nə olan göstərici ilə müqayisədə isə 1,4 milyard milyon manat və ya 10,1% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti