Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp İsraillə İran arasında elan olunmuş atəşkəs rejimi ilə bağlı danışıb.
Trend xəbər verir ki, Ağ Ev rəhbəri atəşkəsin pozulmamasını müsbət bir hal kimi xarakterizə edib.
"Mən düşünürəm ki, hər şey çox yaxşıdır. Dünən İsrail təyyarələrini geri qaytardı. Onlar bu addımı atdılar, çünki atəşkəs rejiminin pozulduğunu hiss etdilər. Texniki baxımdan haqlı idilər, lakin bu, sadəcə, işləməyəcəkdi. Onlar təyyarələri geri qaytardılar", - o qeyd edib.
Tramp atəşkəsin pozulmamasında öz əməyinin də olduğunu xatırladıb.
"Mən dedim ki, siz onları geri qaytarmalısınız. Və onlar geri döndülər, bu əla oldu və hər şey çox yaxşı davam edir", – deyə o, Haaqada NATO-nun baş katibi Mark Rutte ilə görüşdə bildirib.