...

Ermənistanın İstintaq Komitəsi "Müqəddəs Mübarizə"nin ölkədə hakimiyyəti ələ keçirmək planının təfərrüatını açıqladı

Dünya xəbərləri Materials 25 İyun 2025 11:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın “Müqəddəs Mübarizə” adlı hərəkatının rəhbərləri və üzvləri ölkədə hakimiyyəti ələ keçirmək məqsədi daşıyan terror aktları və başqa fəaliyyətlər planlaşdırıb.

Trend xəbər verir ki, bu barədə Ermənistanın İstintaq komitəsinin bəyanatında deyilir.

Məlumata görə, Vazgen Qalstanyan rəhbəri və təşəbbüskarı olduğu “Müqəddəs Mübarizə” adlı hərəkatın qarşıya qoyduğu – Ermənistan Respublikasında hakimiyyətin ölkə Konstitusiyası ilə nəzərdə tutulmuş qanuni yollarla ələ keçirilməsi məqsədinə bir neçə ay ərzində nail ola bilmədiyindən, 2024-cü ilin noyabr ayından etibarən bu məqsədə Ermənistan Respublikasının Konstitusiyasında nəzərdə tutulmayan vasitələrlə çatmaq qərarına gəlib.

Bu məqsədlə, o, hərəkatın bir sıra üzvləri ilə qabaqcadan əlbir olaraq, qrup şəklində hərəkət edərək, terror aktları törətmək və hakimiyyəti zorla ələ keçirmək üçün lazım olan vasitə və alətləri əldə edib, eləcə də, məqsədli şəkildə əlavə şərait yaradaraq hakimiyyətin zorla ələ keçirilməsinə hazırlıq görüb.

Bildirilir ki, mütəmadi müzakirələr zamanı Vazgen Qalstanyan və digər cinayətkar qrup üzvləri, əsasən, keçmiş hərbçilər və polis əməkdaşlarından ibarət, hər biri 25 nəfərə qədər olan 200–250 zərbə qrupunun formalaşdırılması barədə qərar veriblər. Hər qrupa konkret tapşırıqlar verilməli, bu tapşırıqlar hər vəchlə yerinə yetirilməli idi. Bu qrupların üzvləri bir-birinin və digər qrupların fəaliyyətindən xəbərsiz olmalı və qarşılıqlı əlaqədə olmamalı idilər.

“Cinayətkar qrup zərbə qrupları formalaşdırıldıqdan və lazım olan vasitələr əldə edildikdən sonra, müəyyən bir bəhanə ilə V.Qalstanyan Ermənistan Respublikası hökumətinin binası qarşısında mitinqə çağırış etməyi planlaşdırırdı. Bu toplaşma hakimiyyətin diqqətini yayındırmaq üçün nəzərdə tutulmuşdu, həmin vaxt zərbə qrupları əvvəlcədən müəyyən edilmiş mövqeləri tutmalı və mitinqə qatılmamalı idilər.

Cinayətkar qrup konkret planlaşdırmışdı ki, hərəkatın son məqsədi mitinq iştirakçıları tərəfindən deyil, zərbə qrupları tərəfindən, onlara verilmiş tapşırıqların 24–36 saat ərzində yerinə yetirilməsi yolu ilə həyata keçirilsin və bununla da Ermənistanın yaşayış məntəqələrində xaos və idarəolunmazlıq vəziyyəti yaradılsın”, – deyə bəyanatda qeyd olunur.

Ermənistan İstintaq Komitəsinin məlumatına əsasən, Ermənistan Respublikasında hakimiyyəti ələ keçirmək məqsədilə cinayətkar məqsədlərini reallaşdırmaq üçün V. Qalstanyan və cinayətkar qrupun digər üzvləri partlayışlar, binalara atəş açılması, insanların kütləvi qırğını ilə hədələmə, vətəndaşlara ağır və ya orta dərəcədə xəsarət yetirilməsi, böyük maddi ziyan vurulması, enerji və internet təchizatının kabellərin və avadanlıqların zədələnməsi yolu ilə dayandırılması, avtomobillərin qəsdən toqquşması ilə kütləvi yol-nəqliyyat hadisələri törədilməsi, ictimai obyektlərin yandırılması, işıqforların kütləvi şəkildə sıradan çıxarılması, trolleybus xətlərinin məhv edilməsi və digər oxşar hərəkətlər planlaşdırıblar ki, bu da əhali arasında panika, qorxu və xaos yaratmaq məqsədi daşıyırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti