Bakı. Trend:
Cari ilin may ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 3,9% artaraq 35,768 milyard mlnmanat təşkil edib.
Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata əsasən, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 130,8 milyon manat artaraq 2,716 milyard manat təşkil edib.
"Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır", - deyə məlumatda qeyd edilib.