Bakı. Trend:
Fransa Qvadelupda əhalinin xərçəng və digər xəstəliklərə yoluxmasına səbəb olan xlordekondan istifadə edib.
Trend xəbər verir ki, bunu iqtisadiyyat elmləri üzrə mühazirəçi Filip Verdol “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq konfransın “İqtisadi dekolonizasiya” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.
O məlumat verib ki, xlordekon xlor tərkibli bir pestisiddir, prostat xərçənginə səbəb ola və sizi yenidən zəhərləyə bilər:
“Fransa bunu Qvadelupda istifadə edib. Qvadelupda sözügedən maddənin təsirini biz bu gün də görə bilirik. Onun zərərləri nəsildən nəslə ötürülür”.
F.Verdol əlavə edib ki, xlordekonun istifadəsi insan səhhəti üçün ciddi problemlərə yol açır.
“Fransanın istifadə etdiyi xlordekon miqdarı isə onun ÜST-ün qərarıma məhəl qoymamasından xəbər verir. Bu gün də istifadə olunmuş xlordekonun torpaqda təsiri qalır. Bu problemə qarş hələ də heç bir tədbir görülməyib”, - deyə o qeyd edib.