...

İtaliyada futbol azarkeşləri arasında toqquşma baş verib

Dünya xəbərləri Materials 15 Dekabr 2025 05:44 (UTC +04:00)

Bakı. Trend:

İtaliyanın Genuya şəhərində “Cenoa” və “İnter” futbol klublarının azarkeşləri arasında toqquşma baş verib .

Trend-in məlumatına görə, oyun başlamazdan təxminən bir saat əvvəl “Stadio Luigi Ferraris” arenası yaxınlığında iğtişaşlar baş verib. Toqquşmalar nəticəsində iki nəfər xəsarət alıb və üç avtomobil yandırılıb.

Polis gözyaşardıcı qazdan istifadə edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları stadionun yaxınlığında asayişi bərpa edə bilibilər və matç planlaşdırıldığı kimi başlayıb. Oyun “İnter”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti