...

ABŞ-yə məxsus hərbi təyyarə mülki təyyarə ilə toqquşmağa yaxın olub

Dünya xəbərləri Materials 15 Dekabr 2025 06:18 (UTC +04:00)
ABŞ-yə məxsus hərbi təyyarə mülki təyyarə ilə toqquşmağa yaxın olub

Bakı. Trend:

Karib dənizindəki Kyurasao adasından uçan "JetBlue" təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinə məxsus tankerlə toqquşmamaq üçün uçuşunu dayandırıb.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı xəbər verib.

"Onunla havada az qala toqquşacaqdıq. Onlar düz bizim istiqamətimizə üçublar (...). Transponderləri işə düşməmişdi, bu, dəhşətdir", - deyə "JetBlue" pilotunun hava hərəkəti dispetçeri ilə söhbətinin səs yazısında bildirilib.

"Düz qarşımızda, bizdən 5 mil məsafədə, bəlkə də 2 və ya 3 mil (...) məsafədə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir təyyarə-yanacaq dolduran uçub və o, bizim yüksəklikdə olub. Yüksəlişə keçməyimizi dayandırmalı olduq", - deyə pilot əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti