Bakı. Trend:
Avstraliyanın Sidney çimərliyində terror aktını törədənlərdən biri İŞİD qruplaşması ilə əlaqəli olub.
Trend-in məlumatına görə, bu barədə "ABC" televiziya kanalı Avstraliya polisindəki mənbəyə istinadən bildirib.
Məlumata əsasən, Birgə Terrorla Mübarizə üzrə İşçi Qrupunun müstəntiqləri hesab edirlər ki, insanlara atəş açan terrorçular İŞİD-ə sədaqət andı içiblər. Bildirilib ki, atəş açan şəxslərdən birinin avtomobilində qruplaşmanın bayrağı tapılıb və hücumda iştirak edən 24 yaşlı Navid Akra bir neçə il əvvəl Avstraliya Təhlükəsizlik Kəşfiyyat Təşkilatı (ASIO) tərəfindən Sidneydə yerləşən İŞİD qruplaşması ilə yaxın əlaqələri barədə sorğu-sual edilib.