...

Sabahdan dörd gün iş olmayacaq

Cəmiyyət Materials 25 İyun 2025 10:34 (UTC +04:00)
Sabahdan dörd gün iş olmayacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət günlərinin yerlərinin dəyişdirilməsi barədə qərar verib.

Trend xəbər verir ki, qərara əsasən, bu həftə 4 gün ardıcıl iş olmayacaq.

Beləliklə, 21 iyun şənbə günü olsa da, Azərbaycanda iş günü oldu.

Bu həftədən etibarən isə 26, 27, 28 (şənbə) və 29 (bazar) iyun tarixləri qeyri-iş günləri olacaq.

Qeyd edək ki, 26 iyun ölkəmizdə Silahlı Qüvvələr Günüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti